Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxmasını rəsmiləşdirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Ottava Konvensiyasından çıxması ilə bağlı qərarı təsdiqləyib və müvafiq fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Kostenko sosial şəbəkə hesabında məlumat verib.
Deputat bildirib ki, Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının piyada əleyhinə minaların istehsalını, toplanmasını və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxmaqla bağlı qərarını qüvvəyə mindirib.
Onun sözlərinə görə, məsələ yaxın vaxtlarda parlamentin gündəliyində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, bundan əvvəl Finlandiya, Estoniya, Latviya, Litva və Polşa da bu beynəlxalq müqavilədən çıxdıqlarını açıqlayıblar.
Oxşar xəbərlər
Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək
ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom bütün ölüm hökmü məhkumlarının cəzasını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəzləyib....