Zelenski: Ukrayna və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni razılaşmalar əldə edib

Zelenski: Ukrayna və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni razılaşmalar əldə edib
Foto
Dünya 5

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

BAKU.WS xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni addımlar barədə razılığa gəldik. Bu, ilk növbədə Türkiyəni dəstəkləyə biləcəyimiz məsələlərə - ekspertiza, texnologiyalar, təcrübəyə aiddir. Birlikdə işləmək üçün prinsipial siyasi hazırlıq var və komandalarımız yaxın günlərdə detalları yekunlaşdıracaq", - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, tərəflər qaz infrastrukturunun inkişafında birgə layihələrin həyata keçirilməsi üçün praktiki addımları, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını da müzakirə ediblər:

"Müstəqilliyimizə və ərazi bütövlüyümüzə ardıcıl dəstəyə görə prezidentə (Ərdoğana - red.) və Türkiyə xalqına minnətdaram. Bütün bu illər ərzində bizə regionu gücləndirə biləcək ciddi layihələr üzərində işləməyə imkan verən qarşılıqlı fəaliyyəti müsbət qiymətləndiririk".

Son xəbərlər