Zelenski: Ukrayna Türkiyənin "istəklilər koalisiyası"na cəlb olunmasına ümid edir
Türkiyənin "istəklilər koalisiyası"na cəlb edilməsi, xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin olunması kontekstində çox vacibdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, Ərdoğanla görüşdə tərəflər gələcək əməkdaşlıq, birgə layihələr və diplomatik koordinasiya məsələlərinə toxunublar.
"Komandalarımız bu gün razılaşdırılmış qərarlar üzərində işləyəcəklər. Nəticələr gözləyirik", – deyə Ukrayna lideri qeyd edib.
O diplomatik proseslərin fəallaşdığını və təhlükəsizlik zəmanətlərinin zəruriliyini vurğulayaraq əlavə edib ki, Ukrayna bütün tərəfdaşlarla koordinasiyanı davam etdirəcək.
Ukrayna Prezidenti Türkiyənin Qara dəniz regionunda sabitliyin təmin olunmasındakı rolunu xüsusi qeyd edərək, təhlükəsizliyin yalnız birgə səylərlə təmin edilə biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək
İtaliya Rumıniya qoşunlarının təlimi çərçivəsində bu ölkəyə Rumıniyaya təxminən 100 əsgər və bir neçə qırıcı təyyarə göndərəcək. BAKU.WS "Report"a istinadən xəb...