Zelenski: Ukrayna müharibəni qış gəlməmiş başa çatdırmaq istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə münaqişəni qış gəlməmiş, bu ilin payız aylarında başa çatdırmağa çalışacağını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, Ukrayna səfirləri ilə görüşdə danışıb.
Zelenskinin sözlərinə görə, diplomatların əsas vəzifəsi Ukrayna hökumətinin tərəfdaş ölkələrlə münasibətlərində xarici siyasət istiqamətinə maksimum dəstək verməkdir. Bununla yanaşı, o, sülhə nail olmaq istiqamətində göstərilən səylərin nə vaxt nəticə verəcəyini dəqiq proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb.
"Biz bunun qışdan əvvəl, payızda baş verməsi üçün əlimizdən gələni edəcəyik. Lakin kiminlə qarşı-qarşıya olduğumuzu yaxşı anlayırıq", - deyə Zelenski bildirib.
Oxşar xəbərlər
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib
Ruben Rubinyan doqquzuncu çağırış Ermənistan parlamentinin sədri seçilib. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilib ki, onun le...