Zelenski: Ukrayna ilə ABŞ arasında minerallar üzrə razılaşma yetərli deyil

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşdə Kiyev və Vaşinqton arasında nadir torpaq metalları ilə bağlı razılaşmanın yetərli olmadığını və əlavə təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu söyləyib.
"Report" xəbər verir ki, "Reuters" Ağ evdə keçirilən görüşün mətnini təqdim edir.
Agentlik xatırladır ki, tərəflər bu gün ABŞ-nin Ukraynanın mədən sənayesində iştirakı haqqında saziş imzalamalıdırlar. Bununla belə, bura Ukrayna üçün Amerikanın açıq-aydın təhlükəsizlik zəmanətləri daxil edilmir və bu, Kiyevi məyus edir.
"Amerikalıların biznesdə olması bir növ zəmanət rolunu oynayacaq", – "Reuters" Trampın sözlərindən sitat gətirib.
ABŞ Prezidenti qeyd edib ki, Ukrayna əsgərləri inanılmaz şücaət göstəriblər, lakin ABŞ döyüşləri dayandırmaq və vəsaiti "başqa məqsədlərə, məsələn, yenidənqurma"ya yönəltmək istəyir.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
