Zelenski: Putin Qərbə və onun sükutuna sadəcə gülür

Zelenski: Putin Qərbə və onun sükutuna sadəcə gülür
Dünya 24

Rusiya qış mövsümünə az qalmış Ukraynanın qaz və enerji infrastrukturuna hücumlarını artırır, lakin beynəlxalq reaksiyalar hələ də zəif qalır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Rusiya Ukraynaya qarşı kütləvi zərbələr endirir və artıq öz məqsədlərini gizlətməyə belə çalışmır. Hədəflərin mütləq əksəriyyəti mülki obyektlərdir - adi infrastruktur, energetika, mülki müəssisələr, anbarlar, xüsusilə də mülki məhsulların saxlandığı anbarlar. Eyni zamanda, logistika zərbə altındadır - dəmir yolu daşımaları, yəni iqtisadiyyatın normal fəaliyyətini təmin edən sistemlər. Onlarla yaşayış binası da zədələnib",- deyə Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, baş verənlərə və zərbələrin miqyasının getdikcə artmasına baxmayaraq, dünya tərəfindən "layiqli və güclü reaksiya" hələ də yoxdur.

"Putin məhz buna görə belə davranır: o, sadəcə Qərbə, onun sükutuna və adekvat cavabın olmamasına gülür. Rusiya müharibəni dayandırmaq və ya heç olmasa hücumları azaltmaqla bağlı bütün təklifləri rədd edib. O, açıq şəkildə bizim mülki infrastrukturumuzu - xüsusilə qış öncəsi qaz sistemimizi, enerji istehsalını və elektrik ötürülməsini - məhv etməyə çalışır. Dünyadan real reaksiya isə sıfırdır. Biz mübarizəmizi davam etdirəcəyik ki, dünya sükut içində qalmasın və Rusiya öz hərəkətlərinə görə cavab hiss etsin",- deyə Zelenski vurğulayıb.

Son xəbərlər