Zelenski müəllimləri də cəbhəyə göndərmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Vladimir Zelenski ölkənin hərbi lisey və universitetlərindən müəllimlərin, eləcə də bu cür təhsil müəssisələrinin inzibati heyətinin cəbhəyə göndərilməsini təklif edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə hərbi universitetlərin tələbələrinə çıxışı zamanı danışıb.
Zelenski vurğulayıb ki, zabit olmaq üçün təhsil alan bütün ukraynalı "oğlan və qızlar" cəbhədə nə baş verdiyini, müasir silahlı münaqişənin nə olduğunu bilməlidirlər.
"Ona görə də onlara dərs deyən müəllimlər müvafiq təcrübəyə malik olmalı, cəbhədə olmalıdırlar", - deyə Ukrayna lideri bildirib.
O qeyd edib ki, əsl müharibənin nə olduğunu kitablardan məlumatla deyil, yalnız bu yolla öyrətmək olar.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...