Zelenski Koşta və Martinlə Aİ-yə üzvlüyü müzakirə edib

Zelenski Koşta və Martinlə Aİ-yə üzvlüyü müzakirə edib
Dünya 18

İrlandiyaya səfəri çərçivəsində Ukrayna lideri Volodimir Zelenski bu ölkənin Baş naziri Mixol Martin və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta ilə görüş keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

"Antonio Koşta və Mixol Martinlə birlikdə İrlandiyanın Aİ Şurasına sədrliyi dövründə Ukrayna gündəliyinin prioritetlərini əlaqələndirdik. İlk növbədə, Ukraynanın Aİ-yə tamhüquqlu üzvlüyü istiqamətində maksimum dərəcədə operativ irəliləməsi üçün zəruri olan praktiki addımları müzakirə etdik. Həmçinin Ukraynaya gələcək dəstək və Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi məsələləri üzrə mövqelərimizi əlaqələndirdik", - o bildirib.

Zelenski həmçinin İrlandiyanın Aİ Şurasına sədrliyi dövründə Ukrayna üzvlük yolunda nəzərəçarpacaq irəliləyiş əldə edə və bütün danışıqlar klasterlərini aça biləcək.

Zelenski və Martin həmçinin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərini, xüsusən də "Drone deal" (pilotsuz uçuş aparatları üzrə saziş - red.) çərçivəsində müzakirə ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər