Zelenski ABŞ-ni Kadırovu Maduro kimi həbs etməyə çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni Çeçenistana hərbi desant endirərək Ramzan Kadırovu Venesuela Prezidenti Nikolas Maduro kimi həbs etməyə çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
"Hamı nəticəni gördü. Bütün dünya. Bunu tez etdilər. Qoy Kadırovla bağlı da buna bənzər hansısa bir əməliyyat həyata keçirsinlər", – deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, bu cür addımlar Rusiya Prezidenti Vladimir Putini düşünməyə vadar edə bilər.
Qeyd edək ki, Zelenski yanvarın 3-də baş verən hadisələrə işarə edib. Həmin gün ABŞ ordusu Venesuelaya bir sıra zərbələr endirib və Prezident Nikolas Maduro ilə onun həyat yoldaşı Siliya Floresi saxlayaraq ABŞ-yə aparıb. Onlar narkoterrorizm, qanunsuz silah saxlama və narkotik qaçaqmalçılığı maddələri üzrə mühakimə olunurlar.
Məhkəmənin ilk iclası yanvarın 5-də keçirilib. Maduro özünü təqsirli bilməyib. Onun həyat yoldaşı da irəli sürülən ittihamları qəbul etməyib.
Bundan sonra Venesuelada prezident səlahiyyətlərinin icrası vitse-prezident Delsi Rodrigesə tapşırılıb. ABŞ Prezidenti Donald Tramp Rodrigesi doğru qərarlar verməyəcəyi təqdirdə ağır bədəl ödəyəcəyi ilə hədələyib. Öz növbəsində Delsi Rodriges Trampı sülhə və dialoqa çağırıb.
Oxşar xəbərlər
Rusiyada sirkdə panika: pələng tamaşaçılar tərəfə atılıb
Rusiyanın Rostov-na-Donu şəhərində səyyar sirkdə təhlükəli hadisə baş verib. Şou zamanı pələnglərdən biri tamaşaçıların olduğu istiqamətə tullanıb. BAKU.WS xəbə...