Zelenski: ABŞ hərbi yardımı və Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib
27
mar
2025
09:17
ABŞ Ukraynaya hərbi yardımın göndərilməsini bərpa edib. Bundan əlavə, tərəflər yenidən kəşfiyyat məlumatlarını mübadilə etməyə başlayıblar.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makronla birgə mətbuat konfransında bildirib, yayım Yelisey sarayının sosial şəbəkə səhifəsində aparılıb.
"Bütün məsələlər blokdan çıxarılıb, biz mühüm addımlar atmışıq. Prezident Tramp məhdudiyyəti ortadan qaldırıb", – o bildirib.
Ukrayna Prezidenti vurğulayıb ki, həm hərbi yardım, həm də kəşfiyyat məlumatları Kiyev üçün zəruridir.
Oxşar xəbərlər
İranda iğtişaşlarda hüquq-mühafizə orqanlarının səkkiz əməkdaşı həlak olub
İranda baş verən son iğtişaşlar zamanı Hüquq-Mühafizə Orqanları Komandanlığının xüsusi bölmələrindən səkkiz hərbçi həyatını itirib. BAKU.WS xəbər verir ki, Koma...