Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb

Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb
Dünya 0

Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında enerji təminatı ilə bağlı vəziyyət gərginləşib.

BAKU.WS xəbər verir ki, stansiya bir həftədən artıqdır xarici elektrik şəbəkəsinə qoşula bilmir və hazırda ehtiyat dizel generatorları hesabına fəaliyyətini davam etdirir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına görə, AES-in altı reaktorunun hamısı hazırda fəaliyyətsiz vəziyyətdə olsa da, onların təhlükəsiz soyudulmasının davam etdirilməsi üçün elektrik enerjisi tələb olunur.

Stansiyada isə dizel yanacağının ehtiyatı təxminən 10 günə kifayət edəcək həcmdədir. Bundan əlavə, son altı ay ərzində AES-dən kənarda yerləşən yanacaq anbarına dizel yanacağının tədarükü həyata keçirilməyib.

Bununla belə, cümə axşamı və cümə günü stansiyaya alternativ xarici mənbədən əlavə dizel yanacağı çatdırıldığı bildirilib.

BAEA vurğulayır ki, atom elektrik stansiyasının xarici enerji təchizatını itirdiyi şəraitdə ehtiyat dizel yanacağının olması reaktorların soyutma sistemlərinin işlək vəziyyətdə saxlanılması baxımından həyati əhəmiyyət daşıyır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər