Yunanıstana məxsus iki tanker Hörmüz boğazında hücuma məruz qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstan şirkətlərinə məxsus iki neft tankeri Hörmüz boğazında hücuma məruz qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hava zərbəsindən sonra Yunanıstanın "Dynacom Tankers" şirkətinə məxsus və Malta bayrağı altında üzən "Kavomaleas" gəmisində yanğın baş verib. Ekipaj təxliyə olunub.
İkinci tankerlə bağlı vəziyyət aydınlaşdırılır.
Daha əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Omanın Kuzmar ərazisindən şimalda "Kavomaleas"ın göyərtəsində yanğın baş verdiyi barədə məlumat verib. Əldə olan məlumatlara görə, gəmi bir neçə ay ərzində Səudiyyə Ərəbistanı sahillərində olub, iyulun 2-də isə Hörmüz boğazından çıxıb. Bu zaman onun avtomatik identifikasiya sistemi (AIS) söndürülüb.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...