YouTube köhnə funksiyasını geri qaytarır
YouTube təxminən altı il əvvəl ləğv etdiyi birbaşa yazışma (DM) funksiyasını yenidən bərpa etmək üçün testlərə başlayıb.
BAKU.WS xəbər verir ki, şirkət bildirib ki, istifadəçilərin platformada ən çox tələb etdiyi xüsusiyyət məhz mesajlaşmadır.
Yeni funksiyaya əsasən, istifadəçilər bəyəndikləri videoları – uzun videoları, Shorts və canlı yayımları – paylaşaraq eyni tətbiq daxilində söhbət edə biləcəklər.
Hazırda funksiya yalnız iki ölkədə – İrlandiya və Polşada 18 yaşdan yuxarı istifadəçilər üçün test edilir. YouTube gələcəkdə xüsusiyyətin qlobal istifadəyə verilib-verilməyəcəyinə test nəticələrinə əsasən qərar verəcək.
Xatırladaq ki, YouTube-un DM funksiyası ilk dəfə 2017-ci ildə istifadəyə verilmiş, 2019-cu ildə isə aşağı istifadəyə görə platformadan çıxarılmışdı. Şirkət yeni funksiyanın platformada qarşılıqlı əlaqəni artırmağı hədəflədiyini açıqlayıb.
Oxşar xəbərlər
Günəşdən nəhəng ölçüdə protuberans ayrıldı - ANBAAN VİDEO
Alimlər noyabrın 20-nə keçən gecə Günəşdə nəhəng protuberansın - "çar-protuberansın" formalaşması və ondan ayrılması prosesini müşahidə ediblər. BAKU.WS xəbər...