Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb

Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb
Dünya 53

Suriyada keçmiş prezident Bəşər Əsədin ailəsi və yaxın çevrəsindən müsadirə edilən aktivlər hesabına yaradılmış investisiya fondu ölkənin iqtisadiyyatında əsas gücə çevrilib. Fondun xarici investisiyaların cəlb edilməsi və iqtisadiyyatın bərpası üçün istifadə olunması nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Suriyanın maliyyə qurumlarının qiymətləndirməsinə görə, 2025-ci ildə prezident Əhməd əş-Şaraanın göstərişi ilə yaradılan fondun dəyəri 50 milyard dollardır. Bununla belə, fondun aktivlərinin strukturu, investisiyaları və rəhbərliyi barədə ətraflı məlumat açıqlanmır.

Mənbələrin bildirdiyinə görə, fond birbaşa prezidentə tabedir. Təşkilata turizm naziri rəhbərlik edir, direktor vəzifəsini isə Livan və Avstraliya vətəndaşı İbrahim Sukkariyeh icra edir.

Suriyanın yeni rəhbərliyi fond vasitəsilə, xüsusilə Fars körfəzi ölkələrindən investisiyalar cəlb etməyi və ölkə iqtisadiyyatının bərpasını sürətləndirməyi hədəfləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər