Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib?

Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib?
Sosial 8

"2026-cı ilin ilk 9 ayında – yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara ümumilikdə 1 milyon 894 min manat sığorta ödənişi həyata keçirilib".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Aqrar Sığorta Fondundan bildirilib.

Qeyd edilib ki, bu məbləğin 1 milyon 379 min manatı heyvandarlıq sığortası, 515 min manatı isə bitkiçilik sığortası üzrə baş vermiş sığorta hadisələrinə görə ödənilib:

"2026-cı ildə fermerlərə həyata keçirilən ən kiçik sığorta ödənişi 255 manat olub. Bu məbləğ buğda əkin sahəsinə üçüncü şəxsin vurduğu zərərə görə ödənilib. Cari ildə həyata keçirilən ən böyük sığorta ödənişi isə 181 812 manat təşkil edib. Bu məbləğ heyvandarlıq təsərrüfatında baş vermiş sığorta hadisəsinə görə ödənilib.

Bitkiçilik üzrə ən böyük sığorta ödənişi isə 54 731 manat təşkil edib. Bu məbləğ pambıq sahəsində leysan və sel-subasma nəticəsində dəymiş zərərə görə ödənilib. Fermerlərimiz sığorta haqlarının məbləği və şərtləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az) tanış ola bilərlər".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər