Bir nəfər il ərzində 337 dəfə xəstəxanaya müraciət edib

Bir nəfər il ərzində 337 dəfə xəstəxanaya müraciət edib
Dünya 48

Türkiyənin İstanbul şəhərində bir nəfərin il ərzində 337 dəfə xəstəxanaya müraciət etdiyi məlum olub. Həkimlər bunun səbəbini xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) ilə bağlı nəfəs darlığı və narahatlıq hissini idarə edə bilməməsi ilə əlaqələndiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə İstanbul İl Sağlamlıq Müdiri Abdullah Emre Güner məlumat verib.

Onun sözlərinə görə, xəstə nəfəs darlığı yaşadıqda narahatlığını idarə edə bilmədiyi üçün təkrar-təkrar təcili tibbi yardıma müraciət edib. Güner bildirib ki, bu cür müraciətlər həm xəstələrin özünə, həm də səhiyyə sisteminə əlavə yük yaradır.

Digər bir xəstə isə narahatlıq səbəbindən yüksək təzyiqdən qorxaraq bir il ərzində 316 dəfə xəstəxanaya müraciət edib. Həkim, psixoloq və psixiatrların müdaxiləsindən sonra onun müraciətlərinin sayı ayda bir və ya iki dəfəyə qədər azalıb.

Güner vətəndaşlara sağlamlıqla bağlı ilkin müraciətlər üçün ailə həkimlərinə üz tutmağı tövsiyə edib. Onun sözlərinə görə, ailə həkimləri ehtiyac olduqda xəstələri müvafiq mütəxəssislərə yönləndirə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər