Yolu kəsilən məşhur müğənni güllələnərək ÖLDÜRÜLDÜ

Perulu müğənni Talia Manrike Kastilyo silahlı hücum nəticəsində həyatını itirib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, "Hermanos Guerrero" Orkestrasının vokalisti olan 27 yaşlı müğənni konsertdən sonra baş verən silahlı hücum zamanı güllələnib. Qrup üzvləri ilə birlikdə səyahət edən müğənniyə avtobusa daxil olan bir şəxs atəş açıb.
Güllə yarası alan Talia xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin şahidlərindən olan orkestr üzvü İnqrid baş verənləri belə izah edib:
"Səhər saat beş radələrində içində olduğumuz otobusu 5 nəfərlik bir qrup dayandırdı. Hücumçular maşından enib yerə uzanmağımızı tələb etdilər. Talia bu tələbi yerinə yetirməkdən imtina etdiyi üçün ona atəş açıb yaraladılar və zorla maşından düşürdülər. Daha sonra avtobusdakı musiqi alətlərini və bütün pullarımızı götürüb qaçdılar."
Talia Manrike Kastilyo orkestraya cəmi iki ay əvvəl qoşulmuşdu. Bir müddət əvvəl atasını itirən müğənninin 9 yaşında bir oğlu olduğu məlumdur.

Oxşar xəbərlər
Ermənistan ordusunun əsgəri ildırım vurması nəticəsində ölüb
Ermənistan ordusunun hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində ölüb. BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənist...
