"Ynet": ABŞ 9 aprelədək İranla razılığa gəlmək niyyətindədir

Ynet: ABŞ 9 aprelədək İranla razılığa gəlmək niyyətindədir
Dünya 41

ABŞ İranla münaqişənin nizamlanmasına dair razılığın ən geci aprelin 9-dək əldə olunacağına ümid edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Ynet" portalı yazıb.

"İsrail mənbəsi bildirib ki, amerikalılar 9 aprel tarixini müharibənin bitmə günü kimi müəyyən ediblər. Müharibə və danışıqlar üçün hələ 21 gün vaxt var", - məlumatda qeyd olunub.

Nəşrin həmsöhbətinin sözlərinə görə, münaqişənin aprelin 9-na qədər nizamlanması ABŞ Prezidenti Donald Trampa İsrailin Müstəqillik Günü münasibətilə keçiriləcək tədbirlərə qatılmaq imkanı verəcək. Həmin tədbirdə ona bu ölkənin ən yüksək dövlət mükafatı olan "İsrail mükafatı" təqdim edilməlidir.

Məlumata görə, Vaşinqton və Tehran arasında danışıqlar cari həftəyə planlaşdırılıb və Pakistan ərazisində keçiriləcək.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Son xəbərlər