Yerdən 18 işıq ili uzaqlıqda yaşama uyğun "super-Yer" aşkar ediblər
ABŞ-dən olan alimlər Yerdən cəmi 18 işıq ili uzaqlıqda yerləşən GJ 251 c adlı ekzoplanetanı müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, araşdırma Kaliforniya Universitetinin (İrvayn) mütəxəssisləri tərəfindən aparılıb.
Tədqiqatçılar bildiriblər ki, planetin kütləsi Yerinkindən təxminən dörd dəfə çoxdur. Hesablamalara görə, oradakı şərait suyun maye halında qalmasına imkan verə bilər ki, bu da planeti potensial yaşayış üçün əlverişli namizəd edir.
Alimlərin sözlərinə görə, GJ 251 c M-tipli qırmızı cırtdan ulduzun ətrafında dövr edir və bir tam orbitini 18 Yer sutkasında tamamlayır. Planet ulduzun cazibə təsiri nəticəsində müşahidə olunan kiçik "yırğalanmalar" sayəsində müəyyən edilib.
Hazırda GJ 251 c rəsmi olaraq "planet namizədi" kimi qiymətləndirilir və onun mövcudluğunun birbaşa sübut edilməsi üçün əlavə müşahidələr gözlənilir. Bu məqsədlə yaxın zamanda istifadəyə veriləcək 30 metrlik TMT teleskopundan istifadə planlaşdırılır.
Oxşar xəbərlər
Rusiyadan 100 km məsafədə NATO ölkələrinin hərbi təlimləri başlayıb
Finlandiya Rusiyanın sərhədindən cəmi 100 kilometr uzaqlıqda genişmiqyaslı artilleriya təlimlərinə start verib. "Northern Spike 225" adlanan manevrlərdə 2,2 min...