Yerdə süni gecə işıqlanması artır - alimlərdən yeni açıqlama

Yerdə süni gecə işıqlanması artır - alimlərdən yeni açıqlama
Dünya 49

Alimlər Yer kürəsi ilə bağlı diqqətçəkən yeni nəticələr açıqlayıb. Araşdırmalar göstərir ki, planetdə gecə saatlarında süni işıqlandırmanın səviyyəsi ildən-ilə artır.

BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələrinə görə, 2014–2022-ci illər ərzində peyk müşahidələri qlobal gecə işıqlanmasının orta hesabla hər il təxminən 2 faiz artdığını ortaya qoyub. Bu dəyişikliklər regionlara görə fərqli xarakter daşıyır.

Məlumata əsasən, Çin və Hindistan kimi ölkələrdə şəhərləşmənin sürətlənməsi ilə əlaqədar gecə işıqlanmasında ciddi artım qeydə alınıb. Eyni dövrdə bəzi inkişaf etmiş ölkələrdə isə əksinə, azalma müşahidə olunub. Bu hal əsasən LED texnologiyalarına keçid və işıq çirklənməsinin azaldılması tədbirləri ilə izah edilir.

Avropa ərazisində ümumi gecə işıqlanmasının təxminən 4 faiz azaldığı bildirilsə də, bu göstəricilər insanların vizual müşahidələri ilə hər zaman üst-üstə düşmür. Alimlər bunu peyk sensorlarının insan gözündən fərqli işləməsi ilə əlaqələndirir.

Tədqiqat çərçivəsində peyk müşahidələrinin dəqiqliyini artırmaq üçün yeni analiz üsulu da tətbiq olunub. Bu metod müşahidə bucağını nəzərə alaraq şəhər və yaşayış zonalarının işıq səviyyəsini daha düzgün qiymətləndirməyə imkan verir.

Mütəxəssislər qeyd edir ki, süni işıqlandırma gecə saatlarında enerji istehlakının əsas hissəsini təşkil edir və işıq çirklənməsi ekosistemlərə mənfi təsir göstərir. Bu səbəbdən prosesin izlənməsi və idarə olunması mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, Avropa Kosmik Agentliyi daha həssas ölçmələr aparmaq üçün yeni nəsil peyk üzərində iş aparır. Bu peyk daha zəif işıq mənbələrini də qeydə alaraq mövcud məlumatların dəqiqliyini artıracaq.

Son xəbərlər