Yer üçün təhlükəli sayılan asteroidin Ayla toqquşma ehtimalı ARTDI

Amerika Kosmik Agentliyi NASA 22 dekabr 2032-ci ildə 2024 YR4 asteroidinin Ay ilə toqquşma ehtimalının 3,8%-ə yüksəldiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
Bildirilib ki, fevralın əvvəlində bu göstərici 1,7% olub. Asteroidin Yerlə toqquşması ehtimalı 3,1%-dən 0,004%-ə qədər azalıb.
"NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin mütəxəssisləri 2032-ci il dekabrın 22-də 2024 YR4 asteroidinin Ay ilə toqquşması ehtimalını 3,8 faizə qədər yeniləyiblər", - agentliyin açıqlamasında deyilir.
James Webb teleskopunun köməyi ilə asteroidin ölçüləri dəqiqləşdirilib - diametri 53-67 metrdir. Obyektdə müşahidələrin may ayında davam etdirilməsi planlaşdırılır.
Alimlər əvvəllər göy cisminin Mərkəzi Afrika və ya Atlantik okeanı bölgəsinə düşə biləcəyini, bunun da yerli fəlakətə - böyük dalğalara və hətta sunamiyə səbəb ola biləcəyini bildirmişdilər. Lakin daha dəqiq məlumatlar yalnız 2028-ci ilin sonu və 2029-cu ilin əvvəllərində əldə olunacaq.
Oxşar xəbərlər
Türkiyədə meşə yanğınlarında 10 nəfər həyatını itirdi
Türkiyənin Eskişehir şəhərinin Seyitgazi rayonunda baş verən meşə yanğını faciə ilə nəticələnib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı...