Yer kürəsinə maqnit qasırğası gələcək

Yer kürəsinə maqnit qasırğası gələcək
Dünya 31

Yaxın 48 saat ərzində Yer kürəsində maqnit fırtınası baş verəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, geomaqnit dalğalanmaları G2 (orta dərəcəli fırtına) səviyyəsinə çatacaq.

Sinoptiklər bildirib ki, yüksək sürətli günəş küləyi səbəbindən orta intensivlikli maqnit fırtınası proqnozlaşdırılır. O əlavə edib ki, Yer kürəsi hazırda ilin ən aktiv geomaqnit dövrlərindən birinə yaxınlaşır.

Yer təxminən bir həftə ərzində Günəşdə böyük bir tac dəliyində əmələ gələn sürətli günəş küləyi axınında qalacaq. Bu fenomenin ən güclü təsiri 18 və 19 aprel şənbə və bazar günləri gözlənilir.

Son xəbərlər