Yekaterinburqda taymerli bomba ilə partlayış törədildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Yekaterinburq şəhərində qeyri-müəyyən bir mexanizmin işə düşməsi nəticəsində partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "ura.ru" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış Verx-Isetsk rayonunda qeydə alınıb. Ehtimal olunur ki, diversantlar taymerlə işləyən qurğunu əraziyə yerləşdiriblər və sonradan onu işə salıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Şübhəli şəxslər axtarılır.
Qeyd olunur ki, partlayış Kraul küçəsində, hərbi hissənin yaxınlığındakı "Yantar vadisi" yaşayış kompleksi ərazisində baş verib. Nəticədə bir nəfər yaralanıb və üç avtomobil zərər görüb.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...