Yayda dicəlmək üçün bu ölkələrə səyahət edə bilərsiniz - SİYAHI
Yayda dincəlmək üçün ölkə seçimi büdcəyə, iqlim istəklərinə və vizasız səyahət imkanlarına görə dəyişə bilər.
BAKU.WS xəbər verir ki, dəniz və günəş sevənlər üçün Türkiyənin Antalya, Bodrum, Alanya kimi turizm bölgələri daha məsləhətlidir.
Bundan başqa Yunanıstan Santorini, Kreta, Rodos kimi əraziləri də turislərin ən çox üz tutduğu kurort zonalarındandır. Bura sadəcə Şengen vizası tələb olunur. İtaliyanın Amalfi sahili, Siciliya, İspaniyanın Barselona, Mallorca, İbiza, Monteneqronun Budva, Kotor kimi şəhələri də dəniz və günəş sevənlər üçün əla seçim ola bilər,
Təbiət və sakitlik axtaranlar üçün isə Gürcüstanın Batumi və Borjomi kurort zonaları məsləhət görülür. Avstriya və İsveçrədə Alp dağları, Norveç və İslandiyanın da təbiəti çox möhtəşəm olur. Orada gündüzlər uzun olur.
Tarix və mədəniyyət sevənlər üçün Fransanın Paris, Provans, Nitsa, Çexiyanın Praqa şəhəri, Misirin piramidaları və Qırmızı dəniz bölgəsi məsləhət görülür.
Ucuz və vizaya ehtiyac olmayan ölkələr əsasən, Gürcüstan, Türkiyə, Monteneqro, Belarus, Moldovadır.
Oxşar xəbərlər
Pavloqradda dron hücumu: 12 nəfər həlak olub, 7 nəfər yaralanıb
Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində 12 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb. BAKU.WS xəbər verir ki, Vilayət...