"Yaşayan Nostradamus" Rusiyanın gələcəyi ilə bağlı yeni proqnozlar verib

Yaşayan Nostradamus Rusiyanın gələcəyi ilə bağlı yeni proqnozlar verib
Dünya 71

Braziliyalı ekstrasens Atos Salome Rusiyanın gələcəyi ilə bağlı yeni proqnozlar irəli sürüb.

BAKU.WS xəbər verir ki, "yaşayan Nostradamus" kimi tanınan Salome Rusiyanın kvant texnologiyaları sahəsində mühüm irəliləyişlər əldə edəcəyini iddia edib. Onun sözlərinə görə, bu inkişaf ölkəyə yeni elmi imkanlar açacaq.

Ekstrasens həmçinin Rusiyada rəqəmsal iqtisadiyyatın daha da genişlənəcəyini, kiber məkanın isə ayrıca "rəqəmsal ərazi" kimi formalaşa biləcəyini bildirib.

Salome Sibir regionunda yeni materialların – xüsusilə antibakterial xüsusiyyətli birləşmələrin kəşf olunacağını da iddia edib. Bundan başqa, biotexnologiya və molekulyar biologiyada ciddi irəliləyişlərin gözlənildiyini qeyd edib.

Qeyd edək ki, bu kimi proqnozlar elmi əsaslı təsdiq daşımır və əsasən fərziyyə xarakteri daşıyır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər