Yaponiyada ilin ilk quş qripi hadisəsi aşkarlanıb

Yaponiyanın şimalındakı Hokkaydo adasında bir toyuq fermasında ilin ilk quş qripi (HPAI) hadisəsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Yomiuri Shimbun qəzetinin məlumatına görə, yüksək patogenli quş qripi Şiraoi bölgəsindəki fermada aşkarlanıb. Hadisə ilə bağlı təxminən 459 min toyuq məhv edilməyə başlayıb və fermaya yaxın ərazilərə toyuq göndərişi dayandırılıb.
Hökumət məsələ ilə bağlı dövlət qurumları arasında koordinasiyanı təmin etmək üçün Tokioda müvafiq nazirlərin iştirakı ilə toplantı keçirib. Toplantı öncəsi Kənd Təsərrüfatı naziri Norikazu Suzuki daha çox yayılmanın qarşısını almaq üçün bütün tədbirlərin görülməsini çağırıb.
Oxşar xəbərlər
Kıvanç Tatlıtuğun bacısı Melisa Dilara Tatlıtuğ həbs edilib
Ekranların sevilən siması Kıvanç Tatlıtuğ ailəsi ilə gündəmə gəlib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun bacısı həbs olunub. Belə ki,...
