Yaponiyada 8 baldan yuxarı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI
Yaponiyada baş verən güclü zəlzələdən sonra daha böyük təkanlarla bağlı xəbərdarlıq edilib.
BAKU.WS xəbər verir ki, ölkənin şimal-şərq sahilləri yaxınlığında 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri İvate prefekturası yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra mümkün sunami təhlükəsi səbəbilə sahilyanı ərazilərdə yaşayan təxminən 170 min nəfərə yüksək ərazilərə çəkilmək tapşırılıb. Paytaxt Tokioda da hiss olunan sarsıntıdan sonra qeydə alınan ən yüksək sunami dalğasının hündürlüyü 80 santimetr olub. Daha sonra xəbərdarlıqlar ləğv edilib.
Yaponiyanın Meteorologiya Agentliyi bildirib ki, sunami təhlükəsi aradan qalxsa da, seysmik risk qalır. Qurum yaxın bir həftə ərzində daha güclü zəlzələlərin baş verə biləcəyini, hətta 8 bal və daha yüksək gücə malik təkanların ehtimalının adi dövrlərlə müqayisədə artdığını açıqlayıb.
Rəsmi məlumatlara görə, hadisə nəticəsində insan tələfatı və ciddi dağıntı qeydə alınmayıb. Bununla belə, bəzi sürət qatarlarının hərəkətində fasilələr yaranıb, təxminən 100 ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Yaponiya hökuməti əhalini diqqətli olmağa çağırıb. Xatırladaq ki, ölkədə 2011-ci ildə baş verən 9 bal gücündə zəlzələ və sonrakı sunami 18 mindən çox insanın həyatına son qoymuşdu.
Oxşar xəbərlər
Rusiyada qar yayda belə əriməyəcək - SƏBƏB
Gələcəkdə Rusiyanın Avropa hissəsində qar yayda belə əriməyəcək. BAKU.WS Life.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Puşçino Elmi Bio...