Yaponiyada 7,1 bal gücündə zəlzələ: Ölənlər və təxliyə olunanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın Kyuşu adasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində azı 13 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, zəlzələ dünən yerli vaxtla saat 16:27-də Kumamoto prefekturasında qeydə alınıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət səbəbindən 9 min 872 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Həmçinin adada bütün qatar reyslərinin hərəkəti müvəqqəti dayandırılıb.
Yeraltı təkanlardan sonra gücü 1-4 bal arasında dəyişən 60-dan çox afterşok qeydə alınıb.
Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı elan olunsa da, təxminən iki saat sonra ləğv edilib. Hazırda bölgədə vəziyyət nəzarətdə saxlanılır.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...