Yaponiyada 6.2 bal gücündə zəlzələ
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın Hokkaydo prefekturası ərazisində 6.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tokati bölgəsinin cənubunda, təxminən 80 kilometr dərinlikdə qeydə alınıb.
BAKU.WS xəbər verir ki, zəlzələnin episentri Sarabetsu qəsəbəsindən 18 km qərbdə yerləşib. ABŞ Geoloji Xidməti (USGS) yeraltı təkanların gücünü 6.1 bal olaraq qiymətləndirib. Yaponiya Meteorologiya Agentliyi (JMA) isə sunami təhlükəsinin olmadığını açıqlayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və ya ciddi dağıntı qeydə alınmayıb. Bununla belə, mütəxəssislər bölgədə afterşokların davam edə biləcəyi barədə xəbərdarlıq edir.
Qeyd edək ki, Yaponiya Sakit okean "Od halqası" üzərində yerləşdiyi üçün tez-tez zəlzələlərlə üzləşir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...