Xromosomlar nədir və niyə vacibdir? Yəni orqanizmin genetik "təlimatı" necə işləyir?
Xromosomlar insan orqanizmində genetik məlumatın daşınması və saxlanması üçün vacib strukturlardır. Onların daxilində DNT yerləşir və bu məlumat göz rəngindən tutmuş orqanizmin fəaliyyətinə qədər bir çox xüsusiyyəti müəyyən edir.
İnsanlarda normalda 46 xromosom olur. Onlar 23 cüt şəklində yerləşir və yarısı anadan, yarısı atadan ötürülür. Qadınlarda cinsi xromosomlar XX, kişilərdə isə XY olur.
Mütəxəssislərin sözlərinə görə, xromosom sayında və ya quruluşunda yaranan dəyişikliklər ciddi genetik xəstəliklərə səbəb ola bilər. Məsələn, Daun sindromunda 21-ci xromosom bir ədəd artıq olur. Bu vəziyyət "trisomiya" adlanır.
Alimlər bildirirlər ki, xromosomlar yaş artdıqca zədələnə bilər. Radiasiya, bəzi kimyəvi maddələr, viruslar və DNT-nin kopyalanması zamanı yaranan səhvlər də xromosomlara təsir göstərir. Bu isə bəzi hallarda xərçəng və digər xəstəliklərin yaranma riskini artırır.
Müasir genetik texnologiyalar, xüsusilə CRISPR/Cas9 üsulu vasitəsilə bəzi genetik dəyişikliklərin düzəldilməsi üzərində araşdırmalar davam edir. Bununla belə, alimlər genetik müdaxilələrin hələ də yüksək risk daşıdığını vurğulayırlar.
Oxşar xəbərlər
"Ceyms Uebb" teleskopu Finlandiya saunasının temperaturuna yaxın qaz nəhəngi aşkarlayıb
NASA-nın "Ceyms Uebb" kosmik teleskopu alimləri təəccübləndirən yeni ekzoplanet aşkar edib. TOI-199b adlı qaz nəhənginin temperaturunun təxminən 80 dərəcə selsi...