Xerson yaxınlığında minaya düşən rus hərbçilərin son videosu
Xerson yaxınlığında minaya düşən rusiyalı snayperlərdən biri yardım gözləyərkən həyatını itirib.
Bu barədə kadrları RT yayıb.
Belə ki, kadrlarda "Yesaul" ləqəbli hərbçi və onun silahdaşı "Veles" görünür. "Yesaul" döyüş bölgəsində minaya ayaq basıb. "Veles" onun yarasını sarıyarkən mina ikinci dəfə partlayıb və o da ayağını itirib.
Evakuasiya gözlədikləri vaxt hər iki hərbçi video çəkərək, başlarına bir iş gələcəyi təqdirdə yaxınları ilə vidalaşmaq istəyiblər. Həmin vaxt onların üzərində dronlar dövrə vururmuş,
Ukrayna Silahlı Qüvvələrinin artilleriyası aktiv işlədiyi üçün evakuasiya qrupu onları xilas edə bilməyib. Əsgərlər yeddi saat dözüblər. "Veles" dostunu ruhlandırmaq üçün mahnılar oxuyub. Lakin axşam saatlarında "Yesaul" qan itkisindən vəfat edib. "Veles" isə evakuasiya olunub.
Oxşar xəbərlər
Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırdı
Yaponiya Suriyaya 53 milyon dollar məbləğində maliyyə dəstəyi göstərəcək. BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildi...