Xərçəng əleyhinə peyvəndin istifadəyə veriləcəyi tarix açıqlandı

Xərçəng əleyhinə peyvəndin istifadəyə veriləcəyi tarix açıqlandı
Dünya 152

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Qamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan onkoloji peyvəndin istifadəsinə icazə verən rəsmi sənədlər 2025-ci ilin yanvarında gözlənilir.

BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, bu barədə mərkəzin direktoru Aleksandr Qintsburq danışıb.

O, bildirib ki, hər bir vaksin fərdi olaraq istehsal olunur, ona görə də klinik sınaqlar hələlik planlaşdırılmır.

Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin daha əvvəlki açıqlamasında demişdi ki, onkolitik vaksinin klinik sınaqlarında iştirak edən ilk xəstələr onu 2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində alacaqlar.

Qintsburq, araşdırmanın bir hissəsi olaraq xərçəng peyvəndini sınaqdan keçirə biləcək ilk xəstələrin melanoma və kiçik hüceyrəli ağciyər xərçəngi olan insanlar olacağını vurğulayıb.

Xatırladaq ki, xərçəngdə metastazın qarşısının alınması üçün dərman Sibir Dövlət Tibb Universitetinin mütəxəssisləri tərəfindən tədqiqat qrupunun tərkibində yaradılmışdır. Tədqiqat müəllifləri iddia edirlər ki, hazırlanmış birləşmə əsas şişin çıxarılmasından sonra metastazların qarşısını ala bilər.

Son xəbərlər