Xarkovda matəm elan olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin Xarkova PUA ilə hücumu nəticəsində beş nəfərin həlak olması və 30 mülki şəxsin yaralanması ilə əlaqədar matəm elan edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov həlak olanlar arasında iki uşağın olduğunu qeyd edib.
Bundan əlavə, hücum nəticəsində altı uşaq xəsarət alıb.
*** 09:27
Rusiya Silahlı Qüvvələrinin Xarkovda çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.
"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər", - o qeyd edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...