Xamenei: Kəşfiyyat üç ay ərzində Əsədi təhdidlər barədə xəbərdar edib

İran kəşfiyyatı keçmiş Suriya prezidenti Bəşər Əsədin hökumətini üç ay ərzində təhdidlər barədə xəbərdar edib, lakin bütün xəbərdarlıqlar nəzərə alınmayıb.
Bu barədə İranın ali lideri Əli Xamenei xalqa müraciəti zamanı bildirib.
"Bizim kəşfiyyatımız bu hadisələrdən bir neçə ay əvvəl Suriyanın hakimiyyət orqanlarına xəbərdarlıq mesajları göndərirdi. Mən bilmirəm, bu mesajlar yüksək vəzifəli şəxslərə tam çatdırılıb, ya yox. Amma kəşfiyyat əməkdaşlarımız xəbərdarlıq edirdi ki, Şəhrivər, Mehr, Aban aylarında (İran təqviminə görə üç ay, 23 avqust - 21 noyabr) bu mesajlar davamlı olaraq göndərilib",-deyə Əli Xamenei əlavə edib.
Oxşar xəbərlər
Tramp: Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar verə bilərik
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı vəziyyət fonunda Vaşinqton Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini ciddi şəkildə nəzərdən ke...