"WhatsApp"da YENİLİK - Pul qazanmaq olacaq

Məşhur mesajlaşma proqramı "WhatsApp"a daha bir yeni funksiya gəlir.
BAKU.WS xəbər verir ki, tətbiqin Android beta versiyasında sınaqdan keçirilən yeni funksiya ilə istifadəçilər artıq qurduqları WhatsApp icmalarını digər istifadəçilərə ötürə biləcəklər.
Beta versiyada ortaya çıxan və istifadəçilərə böyüdükləri icmaları başqa insanlara ötürməyə imkan verəcək yeni funksiya sayəsində istifadəçilər artıq öz icmalarından pul qazanmaq imkanı əldə edəcəklər.

"WhatsApp"ın beta versiyasının skrinşotlarına görə, icmanın admini icmanı başqa istifadəçiyə köçürmək qərarına gəldikdə, köhnə admin köçürmə prosesi zamanı admin vəzifəsində qalmağa davam edəcək.
Bununla belə, yeni menecer transfer prosesini başa vurduqdan sonra köhnə menecerləri idarəçilik vəzifələrindən uzaqlaşdıra biləcək. Bu proses bütün tərəflər arasında razılaşmalar çərçivəsində həyata keçiriləcək.
Oxşar xəbərlər
Üç gün əvvəl vəfat edən müğənninin velosipedi muzeydə nümayiş olunur
Üç gün əvvəl vəfat edən müğənni İlhan Şeşenin velosipedi muzeydə nümayiş olunur. BAKU.WS xəbər verir ki, bu barədə İstanbul Oyuncaq Muzeyi yaradıcılarından ola...
