WhatsApp-da telefon nömrəsini paylaşmadan yazışmaq mümkün olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
WhatsApp istifadəçilər üçün yeni məxfilik funksiyasını istifadəyə verməyə hazırlaşır.
BAKU.WS xəbər verir ki, yaxın aylarda tətbiqdə istifadəçilər telefon nömrəsini paylaşmadan, unikal istifadəçi adı (username) vasitəsilə yazışa biləcəklər.
Şirkətin məlumatına görə, istifadəçi adını istənilən vaxt dəyişmək və ya silmək mümkün olacaq. Funksiya tam aktivləşdirildikdən sonra yeni söhbətə başlamaq üçün telefon nömrəsi əvəzinə yalnız istifadəçi adını paylaşmaq kifayət edəcək.
Bununla yanaşı, WhatsApp hesabı yaratmaq üçün telefon nömrəsi əvvəlki kimi məcburi olaraq qalacaq.
Oxşar xəbərlər
Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb
Ermənistan Türkiyə ilə münaqişə üçün prinsipcə heç bir əsasın yaranmamasına çalışmalıdır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsiz...