Vulkan püskürməsi 10 nəfərin həyatına son qoydu
İndoneziyanın Flores adasında vulkan püskürməsi baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfər həyatını itirib.
İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, ölkənin ucqar adalarından biri olan Floresdə yerləşən Levotobi Laki Laki dağında vulkan püskürüb.
Püskürmədən sonra lava axını yaxınlıqdakı kənddə bir neçə evi və monastırı yandırıb.
Qeyd olunub ki, ölənlərdən biri rahibədir. Daha iki nəfər isə itkin düşüb.
Vulkan keçən həftədən bəri hər gün havaya iki min metrə qədər qalın qəhvəyi kül püskürür.
"Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.
Oxşar xəbərlər
Bəşər Əsəddən aylar sonra xəbər: Moskvada yenidən təhsilə başlayıb
2024-cü ildə Suriyadan qaçan sabiq Suriya prezidenti Bəşər Əsədin aylar sonra harada və necə yaşadığı ilə bağlı yeni məlumatlar yayılıb. BAKU.WS xarici KİV-lərə...