Vuçiç parlament seçkiləri təyin edildikdən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb

Vuçiç parlament seçkiləri təyin edildikdən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb
Dünya 8

Serbiya Prezidenti Aleksandr Vuçiç parlament seçkilərinin elan edilməsindən bir neçə gün sonra istefa verəcəyini bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Vuçiç "Pink" telekanalına müsahibəsində deyib.

"Mən prezident kimi parlament seçkilərini elan etməliyəm. Bundan sonra bir neçə gün keçəcək və mən istefa verəcəyəm. Bu barədə artıq danışmışam, ona görə də qoy heç kim özünü heç nə bilmirmiş kimi aparmasın", - Vuçiç bildirib.

Vuçiçin sözlərinə görə, rəqibləri əvvəllər seçicilərin 70%-nin dəstəyinə malik olduqlarını iddia edirdilər. Lakin indi onların heç 30%-lik dəstəyə malik olub-olmadığı sual doğurur.

Serbiyanın Avropaya inteqrasiyasına toxunan prezident iyul ayında Avropa İttifaqı ilə danışıqlarda üçüncü klasterin açılması şansının az olduğunu bildirib.

"Bir neçə gün də gözləyək və üçüncü klasteri açıb-açmayacaqlarına baxaq. Hesab edirəm ki, şanslar azdır. Biz hələ də ümid edirik, lakin ehtimalın yüksək olduğunu düşünmürəm", - Vuçiç qeyd edib.

O vurğulayıb ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqı Şurasının sədri Antonio Koştaya, eləcə də onların Serbiyaya münasibətinə böyük etimad bəsləyir.

Prezident həmçinin bildirib ki, Serbiya öz ərazisini qorumaq və mümkün təhdidlərin qarşısını almaq imkanına malik olmaq üçün hərbi potensialını gücləndirməyə davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər