Voloqoqradda sərnişinin ölümünə görə təyyarə təcili eniş etdi
Moskva – Maqas reysini yerinə yetirən "Pobeda" aviaşirkətinə məxsus təyyarə sərnişinin vəziyyətinin kəskin pisləşməsi səbəbindən Volqoqrad hava limanına təcili eniş edib. Lakin 60-65 yaşlarında olduğu bildirilən kişini xilas etmək mümkün olmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə V1 portalı məlumat yayıb.
Aviaşirkətin verdiyi məlumata görə, uçuş zamanı təyyarə 11 min metr yüksəklikdə olarkən sərnişinlərdən birinin səhhətində qəfil problem yaranıb və o, huşunu itirib. Təyyarənin kapitanı vəziyyətə dərhal reaksiya verərək Volqoqrad hava limanına enmək qərarı verib.
Ekipaj üzvləri sərnişinə kömək etmək üçün bütün mümkün addımları atıblar. Təyyarə saat 09:40-da yerə enib və dərhal təcili yardım briqadası təyyarəyə qalxıb. Lakin həkimlər sərnişinin həyat əlamətləri olmadığını təsdiqləyiblər.
Oxşar xəbərlər
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub. BAKU.WS xə...