"Volkswagen" iflas olmamaq üçün radikal qərar qəbul edib
Almaniyanın avtomobil nəhəngi Volkswagen (VW) tarixindəki ən çətin dövrlərdən birini yaşayır.
BAKU.WS xəbər verir ki, şirkət rəhbərliyi nəhəng avtomobil istehsalçısını iflas təhlükəsindən qurtarmaq üçün radikal qərarlar qəbul edib.
Xərclərini azaltmaq və səmərəliliyi artırmaq məqsədilə genişmiqyaslı islahatlara başlayır:
Bu səbəbdən 2031-ci ilə qədər Almaniyadakı 4 əsas yığım zavodunun yəni, Hannover, Zvikau, Emden və Nekkarsulmdakı (Audi) fəaliyyəti dayandırılacaq.
Əsas Volkswagen brendi ilə komponent istehsalı bölmələri bir-birindən ayrılaraq müstəqil hüquqi şəxslərə çevriləcək.
Növbəti beş il ərzində kapital qoyuluşları 15% azaldılaraq təxminən 50 milyard avro səviyyəsinə endiriləcək.
Ümumilikdə 2030-cu ilin sonuna qədər 11 milyard avroya yaxın xərclərə qənaət edilməsi hədəflənir.
Şirkətin xilas planı işçi qüvvəsinə də ciddi təsir göstərəcək.
Təxminən 100 000 işçinin ixtisarı gözlənilir ki, bu da Almaniya sənayesində böyük rezonans doğurub.
Oxşar xəbərlər
Atası Asiyanın ən varlı iş adamı olan qız, dəfiləyə 2 milyon dollarlıq çanta ilə gəldi
Asiyanın ən varlı iş adamı Mukeş Ambaninin qızı İşa Ambani qatıldığı dəfilədə nümayiş etdirdiyi lüks çantası ilə dünya mediasının gündəmini zəbt edib. BAKU.WS...