"Volkswagen" 100 minə yaxın elektromobili geri çağırır
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Volkswagen konserni təxminən 100 min ədəd elektromobili geri çağırmaq qərarı verib.
BAKU.WS Reuters agentliyinə istinadən xəbər verir ki, bu addım Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinin məlumatları əsasında atılıb.
Bildirilib ki, geri çağırılmanın səbəbi akkumulyator modullarında aşkar edilən texniki nasazlıqlardır. Bu problemlər avtomobillərin yürüş ehtiyatını azalda, həmçinin yanğın riski yarada bilər.
Məlumata əsasən, kampaniya əsasən təxminən 75 min "Volkswagen ID." seriyasını və 20 minə yaxın Cupra Bornmodelini əhatə edir. Söhbət 2022-ci ilin fevralından 2024-cü ilin avqustuna qədər istehsal olunmuş nəqliyyat vasitələrindən gedir.
Şirkət geri çağırılan avtomobillərdə proqram təminatını yeniləməyi, yüksək gərginlikli batareyaları yoxlamağı və zərurət yarandığı halda akkumulyator modullarını dəyişdirməyi planlaşdırır.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...