"Vnukovo" aeroportunda insident: Trap təyyarəyə çırpıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın "Vnukovo" hava limanında "iFly" aviaşirkətinə məxsus təyyarəyə trap çırpılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Aviatorşina" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, 19 sentyabrda "Airbus A330" təyyarəsi Moskvadan Soçiyə uçmağa hazırlaşıb. Sərnişinlər öz yerlərini tutub, təyyarənin qapıları bağlanıb.
Trapın geri çəkilməsi zamanı təyyarənin mühərrikinə zərər dəyib və mühərrikdə batıq, cızıqlar yaranıb.
İnsident zamanı heç kim xəsarət almayıb. Təyyarənin texniki vəziyyətinin qiymətləndirilməsi üçün uçuş təxirə salınıb. Sərnişinlər dörd saata yaxın gecikmə ilə kurort şəhərinə yola düşüblər.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...