Vladiqafqaz hava limanında "Kover" rejimi ləğv edilib

Vladiqafqaz hava limanında  Kover rejimi ləğv edilib
Dünya 109

Rusiyanın Vladiqafqaz şəhərindəki hava limanında "Kover" rejimi ləğv olunub və aeroport adi qrafik üzrə fəaliyyətini bərpa edib.

Bu barədə Şimali Osetiya - Alaniya Respublikasının başçısı Sergey Menyaylo öz teleqram kanalında məlumat verib.

O bildirib ki, bölgədə pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi artıq aradan qaldırılıb.

""Kover" rejimi də ləğv edildi - [Vladiqafqazdakı] hava limanı adi rejimdə fəaliyyət göstərir",-deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, 17 yanvar tarixində Şimali Osetiya sakinləri Ukrayna dronlarının hücum təhlükəsi barədə xəbərdar edilmişdi. Respublika ərazisində pilotsuz təhlükə rejim elan olunmuşdu.

Oxşar xəbərlər

Bərzaninin evinə PUA hücumu olub

Bərzaninin evinə PUA hücumu olub

Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş ver...

90 Dünya 20:31 28 mart 2026

Son xəbərlər