Vens ABŞ prezidentliyinə namizəd olacaq? - Özü cavab verdi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, nə o, nə də dövlət katibi Marko Rubio hazırda Amerika Birləşmiş Ştatlarının prezidenti postunu tutmaq hüququna malikdir.
BAKU.WS xəbər verir ki, Vens bunu "Fox News" telekanalına müsahibəsində deyib.
Vens qeyd edib ki, Rubionu öz rəqibi kimi görmək absurddur və onu həmkarı adlandırıb. Vitse-prezidentin sözlərinə görə, hazırda o tamamilə işinə diqqət yetirir və administrasiya ilə Vaşinqtondakı mövcud respublikaçı çoxluğun 2026-cı il aralıq seçkilərinə qədər öz proqramını həyata keçirmək üçün bir ildən artıq vaxtı var.
Siyasətçi vurğulayıb ki, respublikaçılar seçkilərdə qalib gəlmək üçün əllərindən gələni edəcəklər. ABŞ prezidentliyinə namizədlər məsələsi isə hazırkı dövlət başçısı Donald Trampla müzakirə olunacaq.
Noyabrın əvvəlində "Politico" qəzeti yazmışdı ki, Rubio şəxsi söhbətində Vensin 2028-ci il prezident seçkilərində ABŞ prezidentliyinə namizəd olacağını söyləyib.
Oktyabr ayında isə Tramp ABŞ prezidentliyi postunda öz mümkün varisi barədə danışarkən Vensin "çox yaxşı olduğunu", eləcə də Marko Rubionu qeyd etmişdi. Respublikaçı bildirib ki, heç kimin bu iki namizədlə rəqabət aparmaq istəməyəcəyinə əmindir.
Qeyd edək ki, Tramp 2028-ci ildə ABŞ-nin vitse-prezidenti postuna namizədliyini irəli sürməkdən imtina edib.
Oxşar xəbərlər
Avropanın 8 ölkəsi hərbi mobillik barədə sənəd imzalayıb
Avropanın səkkiz ölkəsi Avropada hərbi mobilliyi təmin etmək məqsədilə niyyət protokolunu imzalayıb. BAKU.WS xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyini...