Vens 2028-ci il prezident seçkilərində namizəd ola bilər - Rubio
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində dövlət başçısı postuna namizədliyini irəli sürə biləcəyi istisna edilmir.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.
"Fikrimcə, Cey Di çox yaxşı bir namizəd ola bilər", – deyə o bildirib.
Rubiodan həmçinin, özü 2028-ci ildə prezidentliyə namizəd olmaq niyyətində olub-olmadığı da soruşulub. O bu suala belə cavab verib: "Gələcəyin nə gətirəcəyini heç vaxt bilmək olmur. Heç bir variantı istisna etmirəm".
Dövlət katibi əlavə edib ki, hazırda bütün diqqətini öz vəzifəsinə yönəldib: "Prezident mənə icazə verdiyi müddətcə bu işlə məşğul olmaq istəyirəm. Hesab edirəm ki, bu şəkildə ölkəmə layiqli xidmət göstərə bilərəm".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...