Venesuelada səfərbərlik elan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Venesuela hakimiyyəti ABŞ-nin hücumundan sonra Silahlı Qüvvələrin səfərbərliyini elan edib, neft sənayesi və digər istehsalat sahələrinin işçiləri üçün hərbi rejim tətbiq olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə normativ-hüquqi aktların rəsmi dərc olunduğu saytda yerləşdirilən dekretdə bildirilir.
Dekretdə qeyd olunur ki, dövlət infrastrukturunun, neft sənayesinin və digər əsas dövlət istehsalat sahələrinin hərbiləşdirilməsinə qərar verilib. Bundan əlavə, sənəd ölkənin quru, hava və dəniz sərhədlərində patrul xidmətinin və mühafizənin gücləndirilməsini nəzərdə tutur.
Tətbiq edilən bu rejim dərc olunduğu andan etibarən 90 gün ərzində qüvvədə olacaq.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...