Venesuela Ali Məhkəməsi "TikTok"u 10 milyon dollar cərimələyib
Venesuela Ali Məhkəməsi "TikTok" sosial şəbəkəsini insanların psixi və fiziki sağlamlığına zərər vuran məzmun yaydığına görə 10 milyon dollar cərimələyib.
"Report"un məlumatına görə, bu barədə Bolivar Respublikası Ali Məhkəməsi sədrinin müavini Tanya D Amelio "Venezolana de Televisión" telekanalının efirində bildirib.
"Venesuela Ali Məhkəməsi "TikTok"a bu qərarın yayımlanmasından sonra səkkiz gün ərzində Milli rabitə Komissiyasına ödənilməli olan 10 milyon dollar cərimə və insanın psixoloji və fiziki sağlamlığına zərər verən Viral məzmunun yayılmasının qarşısını almaq üçün tədbirlərin görülməsinin zəruriliyi barədə məlumat verir", - D Amelio deyib.
O, bu vəsaitlərin təzminat üçün "TikTok" Qurbanları Fondunun yaradılması üçün istifadə olunacağını söyləyib.
Ali Məhkəmə, həmçinin "TikTok" şirkətinə ölkədə müəyyənləşdirilmiş hüquq normalarına riayət olunmasına nəzarət etmək üçün Venesuelada nümayəndəlik qurmaq barədə qərar çıxarıb.
Oxşar xəbərlər
ABŞ və İran arasında danışıq bu tarixdə olacaq
ABŞ və İran arasında danışıqların növbəti mərhələsinin iyunun 5-də keçirilməsi gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə is...