Vəkil Elman Paşayevə qarşı yeni cinayət işi açılıb

Rusiyada fəaliyyət göstərən azərbaycanəsilli keçmiş vəkil Elman Paşayev barəsində yeni cinayət işi açılıb.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, yanvarın 13-də keçirilən məhkəmə iclasında məlumat verilib.
Xatırladaq ki, Paşayev sentyabrın 17-də Moskvada rüşvət alarkən saxlanılıb. O, 45 milyon rubldan çox məbləğdə dələduzluqda şübhəli bilinirdi. Müstəntiqlər ona qarşı cinayət işi açıblar. Oktyabrın 2-də məhkəmə Paşayevin apelyasiya şikayətini təmin etməyib, o, həbsdə qalıb. Bundan başqa, oktyabrın 4-də hüquq müdafiəçisi külli miqdarda dələduzluqda ittiham olunub. Təqsirləndirilən şəxs istintaqla əməkdaşlıqdan imtina edib.
Noyabrda İkinci Qərb Rayon Hərbi Məhkəməsi Paşayevin həbs müddətinin uzadılmasını qanuni hesab edib. O, yanvarın 15-dək istintaq təcridxanasında qalacaq.
Oxşar xəbərlər
Pentaqon Avropa İttifaqına hərbi dəstəyin sona çatması barədə rəsmi xəbərdarlıq edib
ABŞ növbəti maliyyə ilinə qədər Avropa İttifaqı (Aİ) ölkələrinə hərbi dəstəyi dayandırmaq niyyətindədir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Li...
