Vəfat edən şəxsin xatirəsinə helikopterdən pul səpildi

Vəfat edən şəxsin xatirəsinə helikopterdən pul səpildi
Dünya 316

ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində keçirilən vida mərasimi qeyri-adi görüntülərlə yadda qalıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, iyunun 27-də vəfat etmiş 58 yaşlı Darrell Thomasın xatirəsinə təşkil olunan tədbirdə göydən helikopter vasitəsilə yüzlərlə dollar pul səpilib.

Həmin anlar telefonla lentə alınıb, insanların üzərinə yağan pulları toplamaq üçün yarışdığı müşahidə olunub.

Qeyd olunub ki, şəhərin tanınmış simalarından olan Tomas cəmiyyətə bağlılığı, səxavəti və insanlara kömək etməsi ilə seçilirdi. Onun oğulları bu qeyri-adi vida mərasimini atalarının son xeyirxah addımı kimi təqdim ediblər. Tomasın avtomobil təmiri və yuyulması üzrə işlədiyi məkan yaxınlığında baş tutan tədbir yerli sakinlərə həm təəccüblü, həm də duyğusal anlar yaşadıb.

Ailəsi və qonşuları tərəfindən sevilən Darrell Thomas, mahalləsində "əfsanə" kimi tanınıb. Oğulları onun xatirəsini cəmiyyətə bir daha xatırlatmaq üçün belə bir addım atdıqlarını bildiriblər.

Son xəbərlər