Vatikanda yeni Roma Papasının taxta çıxma mərasimi keçirilir

Mayın 18-də Vatikan şəhərində Roma Papası XIV Leo üçün rəsmi taxta çıxma mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, mərasim Müqəddəs Taxt-Tacın rəsmi YouTube kanalında canlı yayımlanır.
Yeni pontifik mərasimdən əvvəl papamobil avtomobili ilə Müqəddəs Petrus meydanına daxil olub. Burada dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə katolik onu qarşılayıb. Daha sonra Roma Papası müqəddəs messa ayinini idarə edəcək və pontifik hakimiyyətini təcəssüm etdirən iki əsas rəmzi – balıqçı üzüyü və palliumu qəbul edəcək.
Tədbirdə yüksək səviyyəli qonaqlar iştirak edir. Onların arasında İspaniya Kralı VI Felipe, Belçika Kralı Filip, İtaliyanın Baş naziri Corca Meloni, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio da var.
Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
Oxşar xəbərlər
Ərəb ölkələri ABŞ-İran nüvə danışıqlarını alqışlayır
Ərəb Dövlətləri Liqasına üzv olan ölkələr Tehranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üçün ABŞ və İran arasında aparılan danışıqları dəstəkləyib. B...
